Uraloğlu: "Zəngəzur Dəhlizi Orta Dəhlizin gücünü artıracaq"

Uraloğlu: "Zəngəzur Dəhlizi Orta Dəhlizin gücünü artıracaq"
26.10.2025 17:30 Dünya

Zəngəzur Dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

TodayPress TV "Kanal7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun imkanlarının genişləndirilməsi ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsinin bərpası istiqamətində də konkret addımlar atılır.

O, Qarsdan Naxçıvanla sərhədə qədər olan 224 kilometrlik dəmir yolunun tikintisinin başladığını xatırladaraq vurğulayıb ki, bu marşrut iki xəttli olacaq və bu da yükdaşımaların həcmini artıracaq.

Uraloğlu əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi sürətlə davam edir və işlərin əksər hissəsi artıq yekunlaşıb. Onun sözlərinə görə, yaxın zamanda Zəngəzur Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində də tikinti işlərinin başlanması gözlənilir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəldi 10:03 Ukrayna bu ərazilərə zərbələr endirdi - Ölən və yaralananlar var - YENİLƏNİB 09:23 Bütün Xəbərlər