Ukrayna Yaxın Şərq ölkələri ilə tarixi razılaşmalar əldə etdi

Ukrayna Yaxın Şərq ölkələri ilə tarixi razılaşmalar əldə etdi
30.03.2026 21:10 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqə turnesi çərçivəsində region ölkələri ilə mühüm razılaşmalar əldə edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

"Biz Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İordaniyada olduq, həmçinin digər dövlətlərin nümayəndələri ilə əlaqə saxladıq. MTMŞ-nin (Milli Təhlükəsizlik və Müdafiə Şurası) katibi Rüstəm Umerov regionda qalıb, onun daha bir neçə nümayəndə ilə görüşləri olacaq", - Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna çoxillik strateji, xüsusən də ixracın açılması ilə bağlı razılaşmalar əldə edib: "Lakin düzgün şəkildə açılması – bu, sadəcə bizim təcrübəmizin deyil, həqiqətən də tərəfdaşlara sistemin satılmasıdır. Təkcə qabaqlayıcı vasitələr deyil, həm də müdafiə alətləri, proqram təminatları, REM (radioelektron mübarizə). Biz bu məsələyə sistemli yanaşırıq. Bunlar MilTech və digər istiqamətlərdə strateji əməkdaşlıq üzrə tarixi razılaşmalardır. Onillik müqavilələr və qarşılıqlı yardım".

Bundan başqa, Zelenski döyüş əməliyyatları şəraitində mülki əhalinin və infrastrukturun qorunması sahəsində Yaxın Şərq tərəfdaşları ilə mühüm təcrübə mübadiləsi aparıldığını da bildirib.

Bu gün Ukrayna Prezidenti və İordaniya Kralı II Abdullah iki ölkə arasında təhlükəsizlik sahəsində mümkün tərəfdaşlığı müzakirə ediblər. Daha əvvəl Ukrayna ilə Qətər və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Bütün Xəbərlər