Ukrayna ABŞ-yə çağırış etdi: “Söz yox, hərəkət görmək istəyirik”

Ukrayna ABŞ-yə çağırış etdi: “Söz yox, hərəkət görmək istəyirik”
26.05.2025 09:44 Dünya

Ukrayna Ali Radasının “Qolos” partiyasından olan deputatı Kira Rudik ABŞ-nin Rusiya ilə bağlı mövqeyini dəyişəcəyinə və Kiyevə daha konkret dəstək verəcəyinə ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, “Sky News” telekanalına açıqlamasında Rudik Ukraynanın Vaşinqtonun bütün tələblərini yerinə yetirdiyini xatırladaraq ABŞ-dən praktik addımlar gözlədiklərini deyib.

Deputat qeyd edib ki, Ukrayna nadir torpaq metalları üzrə saziş imzalayıb, atəşkəsə razılaşıb və İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. 

“Ona görə də ümid edirik ki, sülhü güc yolu ilə gətirəcəyini deyən ABŞ prezidenti Donald Tramp Rusiyanı sakitləşdirməkdən və onun danışıqlara hazır olduğuna dair illüziyadan əl çəkəcək” deyə Rudik vurğulayıb.

O, ABŞ-nin Ukraynaya daha çox hərbi yardım göstərməli və eyni zamanda Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməli olduğunu bildirib: 

“Avropa da bu məsələdə ABŞ-ni dəstəkləməlidir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 Bütün Xəbərlər