Türkiyədən İsrailə məlumat ötürülməsi iddiaları YALANDIR – Rəsmi AÇIQLAMA

Türkiyədən İsrailə məlumat ötürülməsi iddiaları YALANDIR – Rəsmi AÇIQLAMA
15.06.2025 14:15 Dünya

Türkiyə prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaları təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir:

“Kürecik” radar bazası Türkiyənin milli təhlükəsizliyi və milli maraqları çərçivəsində qurulub və NATO müttəfiqi ölkələrin müdafiəsini təmin etmək məqsədi daşıyır. Kürecik radar bazasından əldə edilən məlumatlar, NATO prosedurlarına uyğun şəkildə yalnız NATO-ya üzv olan müttəfiq ölkələrlə müəyyən çərçivədə paylaşılır. Sözügedən radar bazasından əldə edilən məlumatların NATO müttəfiqi olmayan İsrail kimi ölkələrlə paylaşılması qətiyyən mümkün deyil.

Əks istiqamətdə aparılan qarayaxma kampaniyaları, əgər bir səhv nəticəsində baş verməyibsə, sadəcə “beşinci kolon” fəaliyyəti kimi qiymətləndirilə biləcək dağıdıcı hərəkətlərdir. Bundan əlavə, ölkəmizin daxili və xarici təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdıracaq məlumatların açıq şəkildə yayılması, Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsinə əsasən cinayət sayılır.

Türkiyə, İsrailin Yaxın Şərqdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə qarşıdır və bu fəaliyyətlərə dəstək verməsi əsla mümkün deyil. Türkiyə bu mövqeyini NATO daxilində də sərgiləməkdədir və İsrailin NATO təlimlərinə qatılmasına qarşı lazımi mövqe tutmaqdadır”.

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər