Rusiya səfiri: "Rusiya-Ermənistan münasibətləri yaxşılaşıb"

Rusiya səfiri: "Rusiya-Ermənistan münasibətləri yaxşılaşıb"
24.10.2025 11:28 Dünya

"Rusiya ilə Ermənistan arasındakı münasibətlər zamanla daha yetkin və çoxşaxəli xarakter alır, lakin problemlərin həlli üçün hər iki tərəfin fəal addımlar atması vacibdir".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Armenia" radiosuna müsahibəsində bildirib.

“Biz dəyişirik, dünya da dəyişir. Münasibətlərimiz yeni xüsusiyyətlər qazanır. Deyə bilərəm ki, onlar daha yetkinləşib. Bu o demək deyil ki, bütün problemlər aradan qalxıb və fikir ayrılıqları yoxdur. Söhbət ölkələrin həyati əhəmiyyətli iqtisadi və sosial maraqlarından gedir, buna görə də mübahisələr təbiidir. Əsas odur ki, hər iki tərəfdən iradə və hərəkət olsun”, - deyə diplomat vurğulayıb.

Kopırkin qeyd edib ki, Rusiya-Ermənistan əlaqələri təkcə iqtisadi münasibətlərdən ibarət deyil. Onun sözlərinə görə, bu münasibətlər xalqlar arasındakı dostluğa əsaslanır və humanitar sahə bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün reallıqdır, Avropa İttifaqına (Aİ) üzvlük isə hələ hipotetikdir”

Rusiya səfiri həmçinin bildirib ki, Ermənistan Aİİ-də iştirakda maraqlıdır və Moskva bu istiqamətdə İrəvana dəstək verməyə hazırdır. Onun sözlərinə görə, Aİİ üzvlüyü Ermənistana real iqtisadi fayda gətirir, halbuki Aİ-yə üzvlük perspektivi hələlik qeyri-müəyyəndir.

“Aİ-yə üzvlük çox mürəkkəb və uzunmüddətli prosesdir. Bəzi ölkələr bu qərarı onilliklərlə gözləyir. Ona görə də Ermənistan üçün bu məsələ hələlik nəzəri xarakter daşıyır. Aİİ isə reallıqdır. Ermənistan bu birliyin ən çox fayda görən üzvlərindən biridir və ölkə rəhbərliyi bu inteqrasiya layihəsinə maraqla yanaşır”, - deyə Kopırkin bildirib.

Diplomat əlavə edib ki, Aİİ ölkələrə ticarət, əmək miqrasiyası, kapital və malların azad hərəkəti kimi sahələrdə geniş imkanlar yaradır və ittifaq dinamik, inkişaf edən bir qurum kimi qalır.

“Aİİ təkcə ticarət deyil, həm də əmək bazarı və miqrasiya prosesləridir. Bu, canlı və inkişaf edən bir layihədir. Faktlar göstərir ki, uğurlu və perspektivli bir modeldir”, - deyə Kopırkin qeyd edib.

Xatırladaq ki, bu il martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə üzv olma niyyətini əks etdirən qanun layihəsini təsdiqləyib. Lakin Aİ hələlik Ermənistana rəsmi üzvlük təklifi göndərməyib.

Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərar avtomatik üzvlük anlamına gəlmir, belə bir addım yalnız referendum yolu ilə təsdiqlənə bilər. Bununla belə, o, 20 il sonra Ermənistanı Aİ-nin bir hissəsi kimi görmək istədiyini etiraf edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 64 yaşlı kişi hərbi xidmətə çağırıldı 15:43 Hörmüz boğazında neft tankeri vuruldu 15:05 Naxçıvana uçuşlar ləğv edildi - SƏBƏB 14:54 Marsda mürəkkəb üzvi birləşmə tapıldı – Alimlər həyəcan təbili çalır 13:49 Qlobal bazar üçün kritik qərar – Səudiyyə Ərəbistanı neft axınını bərpa etdi 14:48 "iPhone 18"yeniliklə gəlir: "Apple" RAM texnologiyasına keçə bilər 13:12 Trampdan Con Boltona sərt ittihamlar – “Ümid edirəm ağır cəza alacaq” 13:19 Ulduz futbolçu “Qarabağ”dan ayrıldı 13:53 Azərbaycan XİN Cibutini təbrik etdi 13:04 Britaniya yeni qaçqın proqramı hazırlayır – Minlərlə insan köçürüləcək 12:42 Sabah hava necə olacaq? - PROQNOZ 12:58 Fransada istilər faciəyə səbəb oldu - 4 uşaq həyatını itirdi 12:33 Paşinyanın mətbuat katibi dəyişir - Yeni sözçü kim olacaq? 12:37 Neft bazarında ucuzlaşma – “Azeri Light” gerilədi 12:22 Qadınlar rəngli, kişilər ağ-qara yuxu görür – SƏBƏB 12:07 İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi - Memorandum tapdalandı 11:52 Bütün Xəbərlər