Rusiya ilə Ukrayna arasında mübadilə: Xronoloji tarixi

Rusiya ilə Ukrayna arasında mübadilə: Xronoloji tarixi
23.05.2025 19:00 Dünya

Mayın 23-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Kiyevin nəzarətində olan ərazilərdən 270 rusiyalı hərbçi və 120 mülki şəxs, o cümlədən Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən saxlanılmış Kursk vilayətinin dinc sakinləri geri qaytarılıb. Əvəzində Rusiya tərəfi 270 ukraynalı hərbi əsiri və 120 mülki şəxsi Ukrayna tərəfinə təhvil verib.

Bu, Ukrayna müharibəsi başlayandan sonra ən böyük əsir mübadiləsi hesab olunur. Mübadilə 16 mayda İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında əldə olunmuş razılaşmalara əsasən həyata keçirilib. Tərəflər növbəti günlərdə mübadilənin davam etdiriləcəyini bildiriblər.

TodayPress TV əsir mübadiləsinin xronoloji tarixinə qısa nəzər yetirib.

Əsirlərin mübadiləsi ilə bağlı ilk məlumat 2022-ci ilin 21 martında Rusiya Ombudsmanı Tatyana Moskalkova tərəfindən verilib. O, doqquz rusiyalı hərbçinin Ukrayna tərəfinin nəzarətində olan Melitopol şəhərinin rəhbəri İvan Fedorovla dəyişdirildiyini açıqlayıb.

2022-ci ilin 29 iyununda ilk böyük mübadilə baş tutub - 144 rusiyalı 144 ukraynalı ilə dəyişdirilib. Bu, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə həyata keçirilib. Daha sonra, 17 oktyabrda 110 rusiyalı geri qaytarılıb. Onların arasında fevraldan etibarən saxlanılan 72 dənizçi də olub.

2023-cü ildə əsas mübadilələr 16 fevral və 10 aprel tarixlərində baş verib. Fevral ayında 101 rusiyalı hərbçi, apreldə isə 106 nəfər əsirlikdən azad edilib.

2024-cü ildə də bir sıra iri mübadilələr həyata keçirilib:

3 yanvar – 248 hərbçi geri qaytarılıb (onlardan 173 nəfər mübadilə, 75 nəfər isə birtərəfli azad edilib),

31 yanvar – 195 hərbçi mübadilə olunub,

8 fevral – 100/100,

24 avqust – 115/115,

14 sentyabr – 103/103,

30 dekabr – 150/150 formatında mübadilələr baş tutub.

2025-ci ildə baş verən əsas mübadilələr:

5 fevral – 150 rusiyalı hərbçi, 150 USQ əsiri ilə dəyişdirilib,

19 mart – prezident Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığından sonra 175/175 mübadiləsi və əlavə olaraq 22 ağır yaralı ukraynalı əsirin geri qaytarılması,

19 aprel – 246 rusiyalı hərbçi və 31 yaralı Ukrayna əsiri 15 yaralı rusiyalı ilə dəyişdirilib,

6 may – BƏƏ-nin vasitəçiliyi ilə 205/205 formatında mübadilə həyata keçirilib.

Bu faktlar əsasında görünür ki, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi prosesi davam edir və tərəflər, xüsusilə beynəlxalq vasitəçilərin iştirakı ilə bu sahədə əməkdaşlığı genişləndirirlər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər