Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - YENİLƏNDİ
Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, - deyə məlumatda bildirilir.
***
00:02
Qətərin ən böyük qaz müəssisəsi olan Ras Laffan Sənaye Şəhərində partlayış baş verib.
TodayPress TV-nin məlumatına görə, partlayış o qədər güclü olub ki, qətərlilər onu "zəlzələ" adlandırıblar.
Bildirilir ki, partlayışın səsi hətta Bəhreyndə də eşidilib.