Polis Avropada narkoşəbəkəni ifşa etdi: 275 milyon dollarlıq narkotik götürüldü

Polis Avropada narkoşəbəkəni ifşa etdi: 275 milyon dollarlıq narkotik götürüldü
19.08.2025 17:09 Dünya

Polşa polisi Avropa miqyasında fəaliyyət göstərən bir neçə əlaqəli narkotik qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Polşa Mərkəzi İstintaq Bürosunun (CBSP) məlumatına görə, əməliyyatlar zamanı ümumilikdə 1 milyard zlotı (təxminən 275 milyon dollar) dəyərində narkotik maddə götürülüb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şəbəkənin əsas nüvəsini İspaniyada yaşayan polyaklar təşkil edib. Bəzi üzvlərin isə Polşa futbol azarkeşləri arasında əlaqələri olub. İstintaq zamanı 600 kq marixuana, 180 kq həşiş, 40 kq amfetamin sulfatı, 7 ədəd odlu silah və yüzlərlə patron müsadirə olunub.

Əsas qruplaşma İrlandiya, Almaniya, Avstriya və Skandinaviya ölkələrində narkotik ticarəti ilə məşğul olub. İstintaq Avropa İttifaqına üzv bir sıra dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

Bundan əlavə, 50 milyon zlotıdan artıq dəyəri olan əmlak, eləcə də bahalı saatlar və avtomobillər də müsadirə edilib. Ümumilikdə 170-dən çox şəxsə ittiham irəli sürülüb, onlardan 110-dan artıq şəxs müxtəlif vaxtlarda saxlanılıb.

Artıq ilk hökmlər çıxarılıb və bəzi şəxslər 10 ildən çox müddətə azadlıqdan məhrum edilib. İstintaq davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər