Polis Avropada narkoşəbəkəni ifşa etdi: 275 milyon dollarlıq narkotik götürüldü

Polis Avropada narkoşəbəkəni ifşa etdi: 275 milyon dollarlıq narkotik götürüldü
19.08.2025 17:09 Dünya

Polşa polisi Avropa miqyasında fəaliyyət göstərən bir neçə əlaqəli narkotik qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Polşa Mərkəzi İstintaq Bürosunun (CBSP) məlumatına görə, əməliyyatlar zamanı ümumilikdə 1 milyard zlotı (təxminən 275 milyon dollar) dəyərində narkotik maddə götürülüb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şəbəkənin əsas nüvəsini İspaniyada yaşayan polyaklar təşkil edib. Bəzi üzvlərin isə Polşa futbol azarkeşləri arasında əlaqələri olub. İstintaq zamanı 600 kq marixuana, 180 kq həşiş, 40 kq amfetamin sulfatı, 7 ədəd odlu silah və yüzlərlə patron müsadirə olunub.

Əsas qruplaşma İrlandiya, Almaniya, Avstriya və Skandinaviya ölkələrində narkotik ticarəti ilə məşğul olub. İstintaq Avropa İttifaqına üzv bir sıra dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

Bundan əlavə, 50 milyon zlotıdan artıq dəyəri olan əmlak, eləcə də bahalı saatlar və avtomobillər də müsadirə edilib. Ümumilikdə 170-dən çox şəxsə ittiham irəli sürülüb, onlardan 110-dan artıq şəxs müxtəlif vaxtlarda saxlanılıb.

Artıq ilk hökmlər çıxarılıb və bəzi şəxslər 10 ildən çox müddətə azadlıqdan məhrum edilib. İstintaq davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 Bütün Xəbərlər