Peskov: "Rusiya-Ukrayna danışıqlarından möcüzəvi nəticələr gözləmirik"

Peskov: "Rusiya-Ukrayna danışıqlarından möcüzəvi nəticələr gözləmirik"
22.07.2025 14:09 Dünya

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirəcəyi danışıqlardan "möcüzə" gözləmədiklərini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Kremlin sözçüsü jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, prosesin mürəkkəbliyi fonunda ən kiçik nəticə belə uğur sayıla bilər.

“Ukrayna məsələsi çox mürəkkəbdir. Əgər tərəflər ölənlərin cəsədlərinin qaytarılması və ya əsir mübadiləsi kimi məsələlərdə razılığa gəlirlərsə, bu artıq konkret nəticə deməkdir. Bu mənada sizin skeptisinizlə razılaşa bilmərəm. Bu mərhələdə hansısa gözlənilməz və möcüzəvi irəliləyişə ümid etmək üçün əsas yoxdur”, - deyə Peskov bildirib.

Kreml rəsmisi Rusiyanın əvvəlki mövqeyində qaldığını və qarşıya qoyulan məqsədlərə çatmaq üçün öz milli maraqlarını müdafiə etməyə davam edəcəyini də vurğulayıb.

Qeyd edək ki, növbəti Rusiya-Ukrayna danışıqları 23 iyulda Türkiyədə baş tutacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
09 AVQUST 2026
Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Odessada yaşayış binaları alova büründü - VİDEO 09:58 Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var 09:31 Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi 09:35 Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir" 09:24 "Nüvə silahı və insan bir araya sığmır" - Nobel mükafatçısından Yaponiyaya ÇAĞIRIŞ 08:55 Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq 21:26 Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ 01:31 Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI 01:52 Diametri 330 metr olan asteroid Yerin yaxınlığından keçəcək 01:59 Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Bütün Xəbərlər