Pekin yaponiyalı deputata qarşı sanksiyalar tətbiq etdi

Pekin yaponiyalı deputata qarşı sanksiyalar tətbiq etdi
08.09.2025 10:16 Dünya

Çin Xarici İşlər Nazirliyi Yaponiya parlamentinin yuxarı palatasının deputatı, etnik çinli Hei Seki barəsində sanksiyalar elan edib.

TodayPress TV xəbər verir ki, rəsmi Pekin bu qərarı deputatın Çin Xalq Respublikasının suverenliyini pozan hərəkətləri ilə əsaslandırıb.

ÇXR XİN-in açıqlamasında yapon siyasətçinin Tayvan, Dyaoyudao adaları, tarixi məsələlər, həmçinin Sintszyan, Tibet və Honkonqdakı hadisələr barədə yalan məlumatlar yaydığı vurğulanır. Bildirilir ki, bu addımlar Çin dövlətinin daxili işlərinə ciddi müdaxilə olmaqla yanaşı, ölkənin suverenliyi və ərazi bütövlüyünə zərbə vurur.

Nazirliyin məlumatına görə, Hei Seki açıq şəkildə Yasukuni məbədini ziyarət edir. Bu məbəd Asiya ölkələrində yapon militarizminin simvolu hesab olunur. Pekin bunu Tokio ilə əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması kimi qiymətləndirib. Siyasətçinin, həmçinin “vahid Çin” prinsipinə əməl etmədiyi qeyd olunub.

Qərara əsasən, deputat və onun ailə üzvlərinin Çinə, o cümlədən Honkonq və Makao xüsusi inzibati bölgələrinə girişinə qadağa qoyulub. Bundan əlavə, Hei Sekinin ÇXR ərazisindəki bütün daşınar və daşınmaz əmlakı dondurulub. Çin təşkilatları və vətəndaşlarına deputatla hər hansı müqavilə bağlamaq və əməkdaşlıq etmək qəti qadağan olunub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi 23:43 Pavel Durov Gürcüstana səfər etdi 23:32 ABŞ artıq neytral vasitəçi deyil - Makron 23:37 Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı 23:20 İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Messi-Ronaldo dueli qapıda: Hər şey son turdan asılıdır 21:53 Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı 21:53 Azərbaycanda DƏHŞƏT: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı 21:08 Çin enerji sahəsində yeni rekorda imza atdı - 4 milyard... 21:14 Bu rayonda qaz OLMAYACAQ 20:12 ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı 21:04 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ 20:19 Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI 21:02 ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir 20:58 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla danışdı 20:54 Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı 20:44 Bütün Xəbərlər