Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi

Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi
03.06.2026 15:24 Dünya

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 1-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, rəsmi açıqlamada tərəflər arasında səmimi və konstruktiv dialoqdan bəhs olunsa da, hökumətə yaxın mənbələrin iddiasına görə, Paşinyan danışıqdan sonra narazı qalıb.

Mənbələrin bildirdiyinə görə, Putin söhbət zamanı Paşinyanı ad günü münasibətilə təbrik edib və nəzakətli üslub nümayiş etdirib. Lakin Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı (Aİ) arasında seçim məsələsi müzakirə olunarkən Rusiya liderinin daha əvvəl Astanada səsləndirdiyi diplomatik, lakin sərt mövqeyi bir daha diqqətə çatdırdığı iddia edilir.

Məlumata görə, söhbətdən sonra Paşinyan iqtisadiyyat naziri ilə vəziyyəti müzakirə edib və Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin yaxın zamanda aradan qaldırılmaya biləcəyi, əksinə daha da sərtləşdirilə biləcəyi ehtimalını nəzərə almağı tapşırıb.

Son günlər Ermənistanın iqtisadiyyat naziri müxtəlif açıqlamalarında ixrac problemlərinin həll olunacağına, məhsulların Avropa bazarına çıxarılacağına və daxili bazarda qiymət üstünlüklərinin qorunacağına dair optimist fikirlər səsləndirib. Lakin mənbələr hesab edir ki, hökumətin bu açıqlamaları ölkədə seçkiqabağı dövrdə ictimai narahatlığı azaltmağa yönəlmiş siyasi mesajlar kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və əsasən hökumətə yaxın mənbələrin iddialarına əsaslanır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Bütün Xəbərlər