Ötən gecə Rusiya üçün hərarətli keçdi - bir -birinin ardınca PUA hücumları - VİDEO
4 iyul gecəsi Rusiya və nəzarətindəki ərazilərdə növbəti hava hücumları qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Pilotsuz uçuş aparatları və raketlərin tətbiqi ilə Rusiya regionlarına və nəzarət altındakı ərazilərə zərbələr endirilib.
Sankt-Peterburqda Baltik dənizi hövzəsindəki ən iri neft terminallarından birinə zərbə endirilib və obyektdə yanğın baş verib.
Luqanskda isə Kambrod ərazisindəki sursat anbarında partlayış və ardınca ikinci dərəcəli detonasiya qeydə alınıb.
Eyni zamanda Çuvaşiyada Sakinlər hava məkanında Ukrayna istehsalı olduğu iddia edilən “Flamingo” tipli raketlərin uçuşunu müşahidə ediblər.
Ekspertlər hadisələri enerji və hərbi infrastruktura yönəlmiş sistemli zərbələrin davamı kimi qiymətləndirirlər.
Qeyd edək ki, rəsmi Moskva dağıntı və itkilərlə bağlı hələlik detallı məlumat açıqlamayıb.
Jalə Rövşən