NYT: Ukraynanın gələcəyi çox qaranlıq görünür

NYT: Ukraynanın gələcəyi çox qaranlıq görünür
07.12.2025 15:15 Dünya

Ukraynada döyüş meydanında yaranan durum getdikcə ağırlaşır və Rusiya Ordusunun bir neçə istiqamətdə irəliləyişi Moskvanın danışıqlarda daha sərt mövqe tutmasına imkan yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times“ yazıb.

Qeyd edilib ki, bu dinamika Rusiya Prezidenti Vladimir Putinə sülh planında hər hansı güzəştdən imtina etmək üçün əlavə əsas verir.

Finlandiyanın “Black Bird Group” təşkilatının hərbi analitiki Emil Kastexelmi bildirib ki, “rusların real üstünlüyü var” və bu, Kiyevi müdafiədə daha çətin vəziyyətə salır. Onun sözlərinə görə, Ukrayna kapitulyasiyaya hazır olmasa da, “o qədər zəif görünür ki, ruslar tələblər irəli sürə biləcəklərinə inanırlar”.

Son həftələr döyüş xəritələri, mütəxəssislərin qiymətləndirmələri və cəbhədəki hərbçilərin müşahidələri Rusiyanın bir neçə istiqamətdə irəliləyiş əldə etdiyini təsdiqləyir. Yazıda Rusiya Ordusunun Pokrovskda uğurlarına toxunulur, qeyd edilir ki, Mirnoqradu demək olar ki, mühasirəyə alıb. Eyni zamanda Zaporoje istiqamətində irəliləmə sürətlənib, Kupyansk və Seversk ətrafında da rusların uğurları avr. Kastexelmi vəziyyəti belə dəyərləndirib: “Ukrayna üçün gələcək çox qaranlıq görünür. Mən bu vəziyyətdən aydın çıxış yolu görmürəm”.

Cəbhədə geriləmə payızdan başlayıb

“The New York Times“ yazıb yazır ki, vəziyyət payızdan etibarən Ukraynanın ziyanına dəyişməyə başlayıb. Ukraynalı PUA operatoru İqorun sözlərinə görə, sentyabrdan müdafiə xətti “yorğunluqdan çökməyə başlayıb”. O bildirib ki, Rusiya Ordusu “Molniya” dronları və partlayıcılarla yüklənmiş mini-kamikadze PUA-ların dalğalarını tətbiq edir, Ukraynada isə belə silahları kütləvi istehsalda yoxdur.

Rusiya digər şəhərləri də hədəfə alıb

Pokrovskla yanaşı, Rusiya qüvvələri Donetsk vilayətinin digər strateji ərazilərinə – Konstantinovka və Limana da təzyiqi artırır. Lyman yaxınlığında xidmət edən ukraynalı kapitan Olegin sözlərinə görə, Rusiya hücumları “daimi” xarakter daşıyır və “bütün istiqamətlərdən” həyata keçirilir. “Son iki ayda döyüşlərin intensivliyi açıq şəkildə artıb”, – o deyib.

Pokrovsk isə qarşıdurmanın episentri olaraq qalır. Ukrayna Milli Qvardiyasının 14-cü operativ briqadasının hərbçisi Maksim Bakulin bildirib ki, bir il əvvəl “canlı” olan şəhərin küçələrində indi “mülki və hərbi şəxslərin cəsədləri qarışır və onları evakuasiya etmək mümkün deyil”.

Mirnoqradda vəziyyət ağırlaşır

Pokrovsk uğrunda döyüşlər final mərhələsinə yaxınlaşdıqca qonşu Mirnoqradda gərginlik artır. Ukraynalı bölük komandiri Oleg qeyd edib ki, Rusiya hər gün hücum edir və dronlar yolları “ölüm tələsinə” çevirib: “Gündüz də, gecə də nəfəs almağa imkan vermirlər. Əgər biz üç nəfərə malikiksə, onların 30 nəfəri olur”.

Qış hücumların tempini azaltsa da…

Mütəxəssislər bildirirlər ki, qış hava şəraiti hər iki tərəfin irəliləyişini müəyyən qədər zəiflədə bilər. Dronların geniş tətbiqi isə piyada hücumlarının miqyasını daha da məhdudlaşdırır. Bununla belə, “The New York Times” yazır ki, Rusiyanın insan ehtiyatı çoxdur və o, “ət dəyirmanı” kimi təqdim edilən ağır itkilərlə müharibəni davam etdirməyə hazır görünür.

Kastexelmi vəziyyəti belə yekunlaşdırır: “Rusiya tükəndirmə müharibəsi aparmaq öhdəliyini götürüb və indi Ukraynanı yavaş-yavaş, hərbi yolla çökdürməyə çalışır”.

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər