Misir və Qətər Qəzza üçün 60 günlük atəşkəsin tezliklə əldə olunacağına inanır

Misir və Qətər Qəzza üçün 60 günlük atəşkəsin tezliklə əldə olunacağına inanır
01.06.2025 21:15 Dünya

Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəsin tezliklə qüvvəyə minəcəyinə ümid etdiklərini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyinin yaydığı birgə rəsmi bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Misir və Qətər ümid edirlər ki, yaxın vaxtlarda Qəzzada 60 gün davam edəcək müvəqqəti atəşkəslə bağlı razılaşma əldə olunacaq və bu, gələcəkdə bölgədə daimi atəşkəsin bərqərar olunmasına gətirib çıxaracaq.

Vasitəçilər – İsrail və Fələstin hərəkatı HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak edən Misir və Qətər nümayəndələri bildiriblər ki, tərəflər arasında mövcud fikir ayrılıqlarının həlli istiqamətində iş aparılır. Danışıqların əsasını ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun son təklifi təşkil edir. Misir və Qətər bu kontekstdə danışıqlarda iştirak edən bütün tərəflərə çağırış ediblər ki, diplomatik prosesə məsuliyyətlə yanaşsınlar və vasitəçilərin Qəzzadakı böhranın aradan qaldırılması səylərini dəstəkləsinlər.

Qeyd edək ki, mayın 29-da “Ynet” portalı məlumat verib ki, Uitkoff Qəzza ilə bağlı yeni plan irəli sürüb. Sənədə əsasən, Qəzzada dərhal 60 günlük atəşkəs elan olunmalı və ilk həftə ərzində HƏMAS tərəfindən sağ qalan 10 israilli girov iki mərhələdə azad edilməlidir. HƏMAS həmçinin 18 həlak olmuş girovun cəsədini də İsrailə təhvil verməlidir. Cavab olaraq İsrail əvvəlcədən razılaşdırılmış siyahıya əsasən fələstinli məhbusları azad edəcək. Sənəddə həmçinin BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə Qəzzaya humanitar yardımın bərpası nəzərdə tutulur. Ağ Evin sözçüsü Kerolayn Livitt eyni gün açıqlama verərək İsrailin bu planı HƏMAS-a təqdim olunmamışdan əvvəl təsdiqlədiyini bildirib.

Mayın 31-də isə radikal hərəkat vasitəçilərə cavab təqdim edib. Bildirilib ki, HƏMAS “10 sağ israilli girovu azad etməyə və 18 həlak olmuş şəxsin cəsədini təhvil verməyə hazırdır”. Bunun əvəzində hərəkat İsrail həbsxanalarından razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasını tələb edir. Eyni zamanda, HƏMAS cavabında daimi atəşkəsin bərpa olunması, İsrail qoşunlarının Qəzzadan çıxarılması və bölgəyə humanitar yardımın buraxılmasını da tələb kimi irəli sürüb. ABŞ xüsusi nümayəndəsi Stiven Uitkoff və İsrail rəhbərliyi bu cavabı planın faktiki rədd edilməsi kimi qiymətləndiriblər.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər