Milli Qvardiya Los-Ancelesə göndərildi

Milli Qvardiya Los-Ancelesə göndərildi
08.06.2025 22:30 Dünya

Kaliforniya Milli Qvardiyasının hərbçiləri bu gün səhər saatlarında yerli vaxtla Los-Ancelesə çatıb. Onların şəhərə gəlməsi dünən keçirilən federal immiqrasiya reydlərinə qarşı etiraz aksiyasına cavab tədbiri kimi qiymətləndirilir.

TodayPress TV “NBC News”a istinadən xəbər verir ki, əsgərlər ABŞ-nin Şimal Komandanlığının tərkibində fəaliyyət göstərən 79-cu piyada briqadasına məxsus döyüş qrupundandır. 

Onlar federal binaların və digər obyektlərin mühafizəsinə cəlb ediləcək.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, iğtişaşların qarşısını almaq məqsədilə göndərilən Milli Qvardiya qüvvələri kütləyə nəzarət üzrə xüsusi təlim keçib:

“Bu gün yerləşdirilən 2000 əsgər kütlə içində fəaliyyət göstərə biləcək şəkildə hazırlaşdırılıb. Onlar həm binaların, həm də dinc nümayiş iştirakçılarının və hüquq-mühafizə orqanlarının təhlükəsizliyini təmin etmək üçün çalışacaqlar”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp kütləvi miqrant həbslərinin doğurduğu narazılıqlar fonunda 2000 nəfərlik Milli Qvardiya birliyinin səfərbər olunması ilə bağlı qərar imzalayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Bütün Xəbərlər