Məşhur aktyor VƏFAT ETDİ

Məşhur aktyor VƏFAT ETDİ
13.06.2026 14:01 Dünya

150-yə yaxın filmdə rol alan tanınmış latviyalı kinoaktyor Paul Butkeviç 85 yaşında dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə "Baltijas Balss" xəbər portalı məlumat yayıb.

Aktyor postsovet məkanında daha çox sovet kino layihələrində, o cümlədən "Baharın 17 anı" və "Qardemarinlər, irəli!" çoxseriyalı filmlərində iştirakı ilə məşhurluq qazanıb. O, həmçinin "Dyunalarda uzun yol", "Yarımçıq qalmış şam yeməyi", "İlğım" filmlərində və digər ekran əsərlərində də çəkilib.

Karyerası ərzində Butkeviç müxtəlif ölkələrin kino istehsalında iştirak edib, 150-dən çox tammetrajlı film və televiziya layihələrində çıxış edib. Onun 1960-cı illərdə başlayan aktyorluq fəaliyyəti bir neçə onilliyi əhatə edib.

O, 2016-cı ildə Latviya mədəniyyətinə və kino sənətinə verdiyi töhfələrə görə IV dərəcəli "Tanınma" xaçı ilə təltif edilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər