Malayziyanın parkı UNESCO Dünya İrs Siyahısına salındı

Malayziyanın parkı UNESCO Dünya İrs Siyahısına salındı
14.07.2025 01:00 Dünya

Malayziyanın paytaxtı Kuala Lumpurun 16 km şimal-qərbində yerləşən FRIM Meşə Parkı rəsmi olaraq UNESCO Dünya İrs Siyahısına daxil edilib.

TodayPress TV xəbər verir ki, bu qərar iyulun 6-dan 16-dək Parisdə keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyasında qəbul olunub. 

Namizədlik prosesi 2013-cü ildə başlamışdı.

Malayziya Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilib ki, bu ərazi tropik meşə ekosisteminin bərpasına dair ilk genişmiqyaslı uğurlu təşəbbüslərdən biridir. Keçmiş qalay mədən sahəsində ağacların yenidən əkilməsi ilə tropik meşə ekosistemi yaradılıb.

UNESCO-nun məlumatına görə, FRIM bərpaolunmaz torpaqların ekoloji cəhətdən bərpası və davamlı istifadəsi baxımından nümunəvi bir modeldir.

Bu qərarla Malayziyanın UNESCO Dünya İrs Siyahısındakı obyektlərinin sayı 6-ya çatıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 AVQUST 2026
DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Bütün Xəbərlər