Mahmud Abbas Moskvaya səfər edəcək

Mahmud Abbas  Moskvaya səfər edəcək
15.01.2026 17:14 Dünya

Fələstin Prezidenti Mahmud Abbasın 21–22 yanvar tarixlərində Moskvaya iki günlük səfər edəcəyi açıqlanıb.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfirliyi məlumat verib.

Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Görüşün gündəliyi açıqlanmayıb.

Putin və Abbas sonuncu dəfə 2025-ci ilin may ayında görüşüblər. Həmin görüşdə Rusiya prezidenti Qəzza zolağında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib və tərəflər Fələstin–İsrail münaqişəsini müzakirə ediblər. Mahmud Abbas isə Rusiyanın Fələstinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Xatırladaq ki, 10 oktyabr 2025-ci ildən etibarən İsrail və Fələstin HƏMAS qrupu ABŞ-nin  hazırladığı planın birinci mərhələsi üzrə razılığa gəliblər. Noyabr ayında isə BMT Təhlükəsizlik Şurası münaqişənin ikinci mərhələsinə keçidi nəzərdə tutan, Fələstin hərəkatının tərksilah edilməsini və İsrail qoşunlarının geri çəkilməsini tələb edən qətnaməni dəstəkləyib. Bu həftə Misir Xarici İşlər Nazirliyi Qəzza üçün Fələstin idarəetmə komitəsinin yaradıldığını elan edib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Bütün Xəbərlər