Macarıstanın əsas qanununa dəyişiklik ediləcək

Macarıstanın əsas qanununa dəyişiklik ediləcək
14.04.2026 05:40 Dünya

Macarıstanda yeni siyasi rəhbərlik ölkənin əsas qanununa dəyişiklik etməyi planlaşdırır. Bu dəyişikliklər keçmiş Baş nazir Viktor Orbanın gələcəkdə yenidən hökumət başçısı vəzifəsinə qayıtmasını faktiki olaraq mümkünsüz edə bilər.

TodayPress TV xəbər verir ki, Tissa Partiyasının lideri Peter Macyarın bazar ertəsi keçirdiyi beynəlxalq mətbuat konfransında verdiyi açıqlamaya görə, planlaşdırılan Konstitusiya islahatları çərçivəsində baş nazirlik müddətinə məhdudiyyət qoyulacaq. O bildirib ki, Orban artıq bir neçə dəfə - 1998-ci ildən etibarən ümumilikdə beş dəfə hökumət qurub və yeni qaydalar qüvvəyə minərsə, yenidən bu vəzifəni tuta bilməyəcək.

Müzakirə olunan əsas məsələlərdən biri də dəyişikliklərin hüquqi qüvvəsinin hansı tarixdən tətbiq olunacağıdır. Belə ki, ekspertlər arasında bu məhdudiyyətin yalnız gələcək dövrlərə aid olub-olmayacağı, yoxsa əvvəlki baş nazirlik müddətlərini də nəzərə alacağı barədə debatlar gedir.

Yeni təşəbbüs Macarıstanda baş verən ciddi siyasi dəyişikliklər fonunda irəli sürülür. Macyar bildirib ki, Konstitusiya islahatları ölkədə demokratik institutların gücləndirilməsi və hakimiyyətin balanslaşdırılması məqsədi daşıyır. Onun sözlərinə görə, bu addımlar yalnız keçmiş liderlərin deyil, gələcək hökumət başçılarının da səlahiyyətlərini məhdudlaşdıracaq.

Analitiklər hesab edir ki, planlaşdırılan dəyişikliklər qəbul olunarsa, bu, Macarıstanın siyasi sistemində uzunmüddətli struktur islahatlarının əsasını qoya bilər və ölkənin Avropa İttifaqı ilə münasibətlərinə də təsir göstərə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Bütün Xəbərlər