Karapetyan Ermənistan hökumətinə qarşı qalib gəldi

Karapetyan Ermənistan hökumətinə qarşı qalib gəldi
23.07.2025 15:19 Dünya

Rusiyalı iş adamı Samvel Karapetyan və ailəsi, Ermənistan hökumətinə qarşı “Ermənistanın Elektrik Şəbəkələri”nin milliləşdirilməsi ilə bağlı başladılan təcili arbitraj işində qələbə qazanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Karapetyanın Müdafiə Şurasının rəsmi səhifəsində yayımlanıb.

Qeyd olunur ki, iş Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda Ermənistan və Kipr hökumətləri arasında 1995-ci ildə imzalanmış investisiyaların qorunması haqqında sazişə əsasən başladılıb. Arbitrajda Ermənistan hökumətinin nümayəndəsi də iştirak edib.

2025-ci il iyulun 22-də arbitraj Ermənistan hökumətinə “Ermənistanın Elektrik Şəbəkələri” QSC-yə yeni qanunların tətbiqini dayandırmağı əmr edib. Həmçinin şirkəti dövlətin növbəti addımlarından qorumağa dair qərar qəbul olunub.

Bəyanatda vurğulanır ki, arbitraj Ermənistanın hərəkətlərinin “Ermənistan və Kipr arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişin pozulması riski” yaratdığını qeyd edib.

Xatırladaq ki, son vaxtlar Karapetyanın Ermənistanda siyasətlə məşğul ola biləcəyi ehtimalları da gündəmdədir. Baş nazir Nikol Paşinyan onun bu sahəyə qayıdışının mümkünlüyü ilə bağlı şərtlər irəli sürüb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Bütün Xəbərlər