İsrail Qəzzada yeni hərbi əməliyyata hazırlaşır

İsrail  Qəzzada yeni hərbi əməliyyata hazırlaşır
11.01.2026 09:15 Dünya

İsrail mart ayında Qəzza şəhərində yeni hərbi əməliyyat keçirməyi planlaşdırır, lakin bunun üçün ABŞ-nin  Prezidenti Donald Trampın razılığı tələb olunacaq.

 TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrə danışan bir israilli rəsmi şəxs və bir ərəb diplomatı bildiriblər ki, İsrail Müdafiə Qüvvələri (IDF) mart ayında Qəzzada yenidən intensiv hərbi əməliyyatlara başlamaq üçün planlar hazırlayıb. Bu plan çərçivəsində Qəzza şəhərinə yönələn hücumun məqsədi atəşkəsin “Sarı Xətt” adlanan demarkasiya xəttini anklavın sahilinə doğru qərbə çəkmək və bununla da İsrailin ərazi üzərində nəzarətini daha da genişləndirməkdir.

Ərəb diplomatın sözlərinə görə, bu əməliyyat ABŞ-nin  dəstəyi olmadan həyata keçirilə bilməz. ABŞ hazırda oktyabr ayında əldə olunmuş kövrək atəşkəsi "HAMAS"ın tərksilah edilməsini də əhatə edən ikinci mərhələyə keçirmək üçün səylər göstərir.

Planlaşdırılan bu hücumun bəzi detalları daha əvvəl "The Wall Street Journal" tərəfindən dərc edilib. 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Bütün Xəbərlər