İspaniya Ukrayna üçün silah alınması təşəbbüsünə qoşula bilər
İspaniyanın müdafiə naziri Marqarita Robles krallığın NATO müttəfiqlərinin Amerika ehtiyatlarından Ukrayna üçün silah aldığı Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsünə qoşulmaq ehtimalını istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynaya yardımın vacibliyi artarsa, Madrid bu proqramda iştirak etməyə hazırdır:
“Əgər Ukraynaya kömək üçün bu təşəbbüsdə iştirak zəruridirsə, o zaman Ukrayna bizim üçün prioritetdir”, - deyə Robles qeyd edib.
Xatırladaq ki, PURL proqramı iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb.
Türkan İsgəndərli