Hörmüz boğazı bağlanır? Təcili xəbərdarlıq yayıldı

Hörmüz boğazı bağlanır? Təcili xəbərdarlıq yayıldı
04.05.2026 09:58 Dünya

Yaxın Şərqdə davam edən münaqişə fonunda Hörmüz boğazında dəniz təhlükəsizliyi səviyyəsi kritik olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın UKMTO qurumu JMIC məlumatlarına istinadən açıqlama yayıb.

Məlumata görə, gəmiçilərə Oman hakimiyyət orqanları ilə radioəlaqə vasitəsilə koordinasiya aparmaq və mümkün olduqda marşrutlarını Oman ərazi sularından keçirmələri tövsiyə olunub.

Qeyd edilir ki, ABŞ bu bölgədə təhlükəsiz zona yaradıb və gəmilərin həmin ərazilərdən keçməsi daha məqsədəuyğun hesab olunur.

Bildirilir ki, mayın 3-də Donald Tramp “Azadlıq Layihəsi” adlı əməliyyatın başlandığını elan edib. Bu əməliyyatın məqsədi müharibə fonunda bloklanan boğazdan gəmilərin təhlükəsiz çıxarılmasını təmin etməkdir.

Vaşinqton bu təşəbbüsün humanitar xarakter daşıdığını bildirsə də, zərurət yaranacağı halda güc tətbiqini istisna etmədiyini vurğulayıb.

Eyni zamanda İran tərəfi xəbərdarlıq edib ki, ABŞ-nin boğazdakı gəmiçiliyə hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 Bütün Xəbərlər