Haaqada NATO sammitinə qarşı nümayiş başladı

Haaqada NATO sammitinə qarşı nümayiş başladı
24.06.2025 17:33 Dünya

İyunun 25-də Haaqada yerləşən Maliveld meydanında NATO sammitinə qarşı “Volkeren voor vrede” (Xalqlar üçün sülh ) hərəkatının təxminən 100 üzvü etiraz aksiyası keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Etirazçılar “NATO-ya birlikdə son qoyaq”, “Yalan və müharibə yox, həqiqət və sülh seç”, “Biz sülh istəyirik!”, “Müharibə bizim adımızdan aparılmasın!” kimi şüarlarla yazılmış plakatlar qaldırıblar. Onların arasında sülh rəmzli bayraqlar və Rusiya bayraqları da olub.

Aksiya, ənənəvi olaraq kütləvi tədbirlərin və konsertlərin keçirildiyi məşhur Maliveld ərazisində baş tutub.

Xatırladaq ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqada keçirilir. Sammitin əsas gündəmi müdafiə məsələləridir. Təşkilatın əsas məqsədi üzv ölkələri hərbi və yardım məqsədli xərclərini ÜDM-nin 5%-nə qədər artırmağa təşviq etməkdir – bunun 3,5%-i birbaşa hərbi, 1,5%-i isə yardım xərclərinə yönəldiləcək.

Qeyd edək ki, budəfəki sammit qısa formatda keçiriləcək – cəmi bir, 2,5 saatlıq görüş nəzərdə tutulub. "The Times" nəşri yazır ki, bu format ABŞ Prezidenti Donald Trampın uzun diplomatik görüşləri sevməməsi səbəbilə onun üslubuna uyğunlaşdırılıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
30 IYUL 2026
"Zirə" Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Bütün Xəbərlər