Gürcüstanın Baş naziri keçmiş prezidenti "xarici agent" adlandırdı

Gürcüstanın Baş naziri keçmiş prezidenti "xarici agent" adlandırdı
07.10.2025 03:22 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş Prezident Salome Zurabişvili 4 oktyabrda keçirilən mitinq zamanı prezident iqamətgahına girməyə hazır idi və devrilmə məqsədilə təşkil edilən aksiyaya qeyd-şərtsiz qatılıb.

TodayPress TV-nin yerli bürosu xəbər verir ki, bu barədə baş nazir "Gecə kuryeri" verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zorakılıq başladıqda Zurabişvili mitinq yerindən uzaqlaşıb.

"Salome Zurabişvili iqamətgaha girməyə hazırlaşmışdı. Zorakılıq başlayanda isə qaçdı. O və Tina Bokuçava kimi şəxslər eyni qəlibdən düzəldilmiş xarici agentlərdir. Onlar devrilmə məqsədilə keçirilən mitinqə qeyd-şərtsiz gəliblər", – Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, həmin mitinqdə iştirak edən bütün şəxslər baş verən zorakılıqlara görə eyni dərəcədə mənəvi məsuliyyət daşıyırlar.

"Mitinq zorakılıq olmadan devrilmə məqsədinə çata bilməzdi. Onlar gəminin batdığını görən kimi ilk qaçanlar oldular", – İrakli Kobaxidze əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər