Ermənistan XİN TRIPP layihəsinin icra mexanizmini açıqladı

Ermənistan XİN TRIPP layihəsinin icra mexanizmini açıqladı
14.01.2026 10:33 Dünya

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. 

Todaypress TV xəbər verir ki, sənəd Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb və Ararat Mirzoyan ilə Marco Rubio arasında Vaşinqtonda keçirilən görüşün yekunlarına əsaslanır.

Sənəd Vaşinqtonda keçirilən görüşdən sonra təqdim olunub və layihənin hüquqi baxımdan çərçivə xarakteri daşıdığı vurğulanır.

Qeyd olunur ki, sənəd nə Ermənistan, nə də ABŞ üçün hüquqi baxımdan məcburedici öhdəliklər yaradır və yalnız çərçivə mexanizmi kimi nəzərdə tutulub.

Sənədə əsasən, TRIPP çərçivələri Ermənistan ərazisindən keçməklə multimodal tranzit əlaqəliliyinin yaradılması mexanizmini təsvir edir. Layihə infrastruktur təşəbbüsü kimi təqdim olunur və əsas məqsəd Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək, eyni zamanda Transxəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmaqdır.

Ermənistan XİN bildirir ki, layihənin icrası suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsəd Ermənistan və Azərbaycan üçün təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında regional ticarət və tranzit imkanlarının genişləndirilməsidir.

Layihənin icrasına dair əsas müddəalar

TRIPP-in inkişafı üzrə şirkətin yaradılması: ABŞ-nin nəzarət payına malik olduğu, prinsipial məsələlərdə Ermənistanın nəzarət mexanizmlərinin nəzərdə tutulduğu struktur.

Müddət və pay bölgüsü: 49 illik tikinti və istismar hüququ, daha 50 il uzadılma imkanı. İlkin mərhələdə ABŞ – 74%, Ermənistan – 26%; uzadılma zamanı Ermənistanın payının 49%-ə qədər artırılması perspektivi.

Mülkiyyət strukturunun razılaşdırılması: Səhmdarların və son benefisiarların tərkibində istənilən dəyişiklik Ermənistan və ABŞ hökumətləri ilə əvvəlcədən razılaşdırılmalıdır.

İnfrastruktur üzərində müstəsna hüquqlar: Dəmir yolu, avtomobil yolları, eləcə də enerji və rəqəmsal infrastrukturların planlaşdırılması, tikintisi, istismarı və saxlanılması.

Gəlirlər və maliyyələşmə mənbələri

Gəlir mənbələri kimi infrastruktura çıxış haqları, marşrut boyunca kommersiya fəaliyyəti, daşınmaz əmlakın icarəsi və inkişafı, xidmət haqları və xüsusi təyinatlı qurumların gəlirləri göstərilir.

Suverenlik və nəzarət

Sənəddə ayrıca vurğulanır ki, Ermənistan:

qanunvericilik, tənzimləmə və məhkəmə yurisdiksiyasını;

milli təhlükəsizlik və hüquq-mühafizə nəzarətini;

gömrük və sərhəd nəzarətini, eləcə də vergi və rüsumların yığılması səlahiyyətlərini tam şəkildə saxlayır.

Sərhəd və gömrük prosedurları

Çərçivə sənədi “front-ofis – back-ofis” modelini nəzərdə tutur. Şirkətlə müqavilə əsasında çalışan özəl operatorlar sənəd qəbulu, məsləhət və ödənişlərin emalı kimi funksiyaları yerinə yetirə bilsə də, yekun qərarlar gömrük, təhlükəsizlik, miqrasiya və hüquq-mühafizə sahəsində Ermənistan dövlət orqanlarının səlahiyyətində qalır. Suveren funksiyaların ötürülməsi istisna edilir.

Bundan əlavə, risk-əsaslı yoxlamalar, rəqəmsal gömrük və sərhəd sistemləri, “vahid pəncərə” mexanizmləri, elektron sənəd dövriyyəsi və ABŞ-nin dəstəyi ilə kadr hazırlığı proqramlarının tətbiqi planlaşdırılır.

Pilot layihələr

Ermənistan aşağıdakı sahələr üzrə pilot layihələrin icrasını planlaşdırır:

əvvəlcədən gömrük rəsmiləşdirilməsi;

rəqəmsal sənəd dövriyyəsi;

sərhəd-keçid məntəqələrində “vahid dayanacaq” konsepsiyası;

texnologiyalarla risk qiymətləndirilməsi;

qonşu ölkələrlə əlaqələndirilmiş sərhəd idarəçiliyi.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair birgə bəyannamə imzalayıblar. ABŞ Prezidentinin sözlərinə görə, Ermənistan TRIPP çərçivəsində Azərbaycana Naxçıvanla quru əlaqəsi yaratmağa imkan verən marşrutun inkişafı üçün ABŞ-yə 99 ilədək eksklüziv uzunmüddətli hüquqlar təqdim edəcək və layihə Ermənistan qanunvericiliyinə uyğun icra olunacaq. ABŞ tərəfi isə həmin torpaqları infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma subicarəyə verməyi planlaşdırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər