Erməni kilsəsi Paşinyanı tənqid etdi

Erməni kilsəsi Paşinyanı tənqid etdi
30.05.2025 16:02 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki kilsələri “zibilli şkaflar”la müqayisə etməsi cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusən də ruhani çevrələrin sərt reaksiyasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sünik yeparxiyasının rəhbəri, yepiskop Makar Akopyan bu açıqlamanı tənqid edərək bildirib ki, Paşinyanın sözləri dövlətlə kilsə arasında qarşılıqlı hörmət prinsiplərini sarsıdır və cəmiyyətin mənəvi sabitliyini təhlükə altına qoyur.

Yepiskopun yaydığı bəyanatda bildirilir: “Bu, sadəcə linqvistik səhv deyil. Baş nazir kilsə haqqında bu cür danışdıqda, bu, dolayı yolla dövlətlə kilsə arasındakı hörmətə xələl gətirir və mənəvi balansı pozur”.

Akopyan əlavə edib ki, kilsələri “çulxan”a bənzətmək həm yersiz, həm də son dərəcə təhqiramizdir. Onun sözlərinə görə, bu ifadə əsrlər boyu xalqın mənəvi dayaq nöqtəsi olmuş bir institutun nüfuzuna xələl gətirir.

Qeyd edək ki, Paşinyan mayın 29-da keçirilən hökumət iclasında Ermənistan Apostol Kilsəsini sərt tənqid edərək, onun “çulxana çevrildiyini və burada hər cür köhnə əşyanın yığıldığını” söyləyib. Bu bəyanatdan dərhal sonra, Ümumerməni Kilsəsinin rəhbər orqanı olan Əçmiədzin Katolikosluğunun kargüzarlıq rəhbəri, arxiyepiskop Arşak Xaçatryan açıq məktubla çıxış edərək Baş naziri “təhsilsizlikdə və ictimai ünsiyyətdə böhran keçirməkdə” ittiham edib.

30 may səhər saatlarında isə Paşinyanın və həyat yoldaşı Anna Akopyanın "Facebook" səhifələrində Ermənistan Apostol Kilsəsinin nümayəndələrinə qarşı bir neçə tənqidi, bəzən təhqiramiz və qeyri-etik ifadələr işlədilən paylaşım dərc olunub.

Hadisələr fonunda Ermənistan müxalifəti Paşinyanı sərt tənqid edib, bir sıra ictimai-siyasi xadimlər isə onun və həyat yoldaşının kilsədən kənarlaşdırılmasını tələb ediblər.

Qeyd edək ki, son illərdə Paşinyanla ruhani çevrələr arasındakı münasibətlər xeyli gərginləşib. 2020-ci ildə Əçmiədzin Katolikosluğu onun istefasını tələb etmiş və Qarabağ siyasətini açıq şəkildə tənqid etmişdi. Baş nazir dəfələrlə Ermənistan Apostol Kilsəsinin vergiyə cəlb olunmasını təklif edib və ötən il onu “təsir agenti” adlandırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bütün Xəbərlər