Ən yaxşı kameraya sahib 5 flaqman smartfon

Ən yaxşı kameraya sahib 5 flaqman smartfon
20.05.2025 19:30 Dünya

“Palaç” portalının redaksiyası fotoqrafiya imkanlarına görə seçilən 5 qabaqcıl smartfonu açıqlayıb.

TodayPress TV xəbər verir ki, siyahıya “Honor Magic7 Pro” rəhbərlik edir.

Onun qiyməti 76,3 min rubl səviyyəsindədir. Model 50 MP ön kamera, “ToF 3D” sensoru və 50, 200 və 50 MP-lik arxa kamera modulları ilə təchiz olunub. Bundan əlavə, 6,8 düymlük 1.5K “LTPO OLED” ekran, “Snapdragon 8 Elite” çipi, 5850 mAh-lıq akkumulyator, 100 və 80 Vt-lıq simli və simsiz enerji yığma imkanları, “IP69” qorunması, stereo səs və “NFC” funksiyası mövcuddur.

İkinci yeri “Google Pixel 9 Pro XL” tutur. Qiyməti 81 min rubldan başlayan model 42 MP-lik selfi kamerası, 50 MP əsas, 48 MP-lik beşqat optik zumlu teleobyektiv və 48 MP ultra-geniş kamera ilə təchiz olunub. Eyni zamanda, 6,8 düymlük “QuadHD LTPO OLED” ekran, “Tensor G4” prosessoru, 5060 mAh batareya və 37 Vt-lıq sürətli enerji yığımı, “IP68”, stereo səs və “NFC” təqdim edir.

İlk üçlüyü “Samsung Galaxy S25 Ultra” tamamlayır. 200, 10, 50 və 50 MP-lik arxa kameralar və 12 MP-lik ön kamera, “Snapdragon 8 Elite for Galaxy” çipi və 5000 mA·s-lıq batareya ilə təchiz olunub. Cihaza “S-Pen” stilusu və “Samsung DeX” funksiyası da daxildir.

Siyahıda həmçinin “iPhone 16 Pro” və “Xiaomi 15 Ultra” modelləri də yer alıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər