Əkrəm İmamoğluna qarşı yeni iddia: 4 ilə qədər həbs tələbi

Əkrəm İmamoğluna qarşı yeni iddia: 4 ilə qədər həbs tələbi
24.06.2025 17:49 Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilərək bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu barəsində “vəzifəsindən sui-istifadə edərək dövlət məmurunu təhqir etmək” maddəsi ilə 9 aydan 4 il 1 aya qədər həbs cəzası tələbi ilə məhkəmə işi açılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İttiham aktında xatırladılıb ki, İmamoğlu 23 mart tarixində "silahlı terror təşkilatına yardım etmək" ittihamı üzrə aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən sonra həbs olunması tələbi ilə məhkəməyə göndərilib.

Məhkəmə sorğusunda İmamoğlunun, həbsə göndərilmə sənədində adı qeyd olunan iki cümhuriyyət prokuroruna qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən araşdırma başladığı bildirilib.

İttiham aktında, İmamoğlunun məhkəmə ifadəsinə istinad edilərək, onun bu ifadələrinin şərəf və ləyaqəti alçaldan xarakter daşıdığı irəli sürülüb.

İttiham aktında, "ictimai vəzifəli şəxsə hörmətsizlik" maddəsi üzrə aparılan istintaqda, Marmara Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan İmamoğlunun ifadəsinin Səs və Görüntü Məlumat Sistemi (SEGBİS) vasitəsilə alındığı bildirilib. İddia edilib ki, ittihamı qəbul etməyən İmamoğlu şəxslərin ailələrinə, şəxsi həyatlarına və şərəfinə qarşı təhqir etmədiyini, sadəcə dövlət maraqları naminə tənqid etdiyini müdafiə edib.

İttiham aktında İmamoğlu barəsində "ictimai vəzifəli şəxsə hörmətsizlik" maddəsi üzrə 9 aydan 4 il 1 aya qədər həbs cəzası, həmçinin Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan "müəyyən hüquqlardan məhrum edilmə" sanksiyasının tətbiqi tələb olunub.

İstanbul Məhkəməsi ittiham aktını qəbul edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Bütün Xəbərlər