"Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi

"Danone" uşaq qidasından 30-dan çox uşaq zəhərləndi
08.02.2026 22:05 Dünya

Niderlandda "Danone" şirkətinin istehsal etdiyi "Nutrilon" markalı süni qida qarışığını qəbul etdikdən sonra 30-dan çox körpədə narahatlıq əlamətləri müşahidə olunub.

TodayPress TV  xəbər verir ki, bu barədə "RTL" telekanalı məlumat yayıb.

Valideynlərin bildirdiyinə görə, körpələrdə qidanın qəbulundan sonra qusma, ishal, qarın ağrıları və halsızlıq yaranıb. Bəzi hallarda tibbi müdaxilə zəruri olub, bir neçə körpə isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, "Danone" şirkəti mümkün riskləri nəzərə alaraq mağazalardan məhsulların kütləvi geri çağırılması prosesinə başlayıb. Niderlandda 14 növ uşaq qidası, o cümlədən yeni doğulanlar üçün nəzərdə tutulan qarışıqlar geri çağırılıb. Ümumilikdə bu qərar 44 partiyaya şamil edilib.

Şirkət geri çağırılmanın səbəbini "Bacillus cereus" bakteriyası tərəfindən ifraz edilən serulid adlı toksinin normadan artıq ola bilməsi ehtimalı ilə izah edib. Bununla belə, hazırda körpələrdə müşahidə olunan narahatlıqlar ilə sözügedən qida arasında birbaşa əlaqənin hələ təsdiqlənmədiyi bildirilir.

Danone qeyd edib ki, bu addım Niderlandın Qida Təhlükəsizliyi və İstehlak Mallarına Nəzarət İdarəsi (NVWA) ilə razılaşdırılmış şəkildə, ehtiyat tədbiri kimi atılıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər