Çin nəhəng su elektrik stansiyasının tikintisinə başladı

Çin nəhəng su elektrik stansiyasının tikintisinə başladı
19.07.2025 22:45 Dünya

Çin Yarlunq Tsanqpo çayı üzərində nəhəng su elektrik stansiyasının tikintisinə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Cənubi Asiyanın ən böyük su arteriyalarından olan Yarlunq Tsanqpo çayı Hindistan və Banqladeş ərazisindən keçərək Qanq çayına birləşir. Bu çay Hindistanda Brahmaputra, Banqladeşdə isə Camuna adlanır.

Tikinti layihəsinin açılış mərasimində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian da iştirak edib. Bildirilib ki, stansiyanın istehsal etdiyi elektrik enerjisi regiondan kənar əraziləri təmin etməklə yanaşı, yerli ehtiyaclara da cavab verəcək.

Layihəni həyata keçirən Power China tikinti şirkətinin hesablamalarına görə, su elektrik stansiyası illik 300 milyard kilovatsaat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq. Hidrotexniki qurğunun ümumi dəyəri 167,1 milyard dollar olaraq qiymətləndirilir.

Layihə tamamlandıqda, Çinin Hubei əyalətində Yantze çayı üzərində yerləşən və hazırda dünyanın ən böyük elektrik stansiyası hesab olunan “Üç dərə” bəndini geridə qoya bilər.

XƏBƏR LENTİ
05 AVQUST 2026
 "Ryanair" milyonlarla dollar itirə bilər - DETALLAR 01:59 FIFA prezidentliyinə 5 əsas NAMİZƏD - İnfantinonu kimlər əvəz edə bilər? 01:55 Bu ölkədə hava temperaturu 41 dərəcəyə çatdı! 01:51 Həbsxanalarda yer bitdi, cinayətkarlar küçələrə buraxılır 01:47 "Akkuyu" AES-də elektrik istehsalına başlanılır 01:34 Argentinada liman BÖHRANI: Onlarla taxıl gəmisi ilişib qaldı 01:30 Sakinlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə işıq olmayacaq 01:24 Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı 23:37 Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı 23:20 "İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian  23:13 Çin nüvə zərbəsi endirə bilən təyyarəni nümayiş etdirdi - VİDEO 23:03 İnsan sayı azalsa, nə baş verəcək? - Alimlərdən mübahisəli proqnozlar 22:57 Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu? 22:48 Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Bütün Xəbərlər