Çin 2030-cu ilədək astronavtları Aya göndərəcək

Çin 2030-cu ilədək astronavtları Aya göndərəcək
30.10.2025 15:45 Dünya

Çin 2030-cu ilə qədər Aya astronavtları endirməyi öhdəsinə götürüb və Yerin təbii peykində kosmik proqramın intensiv inkişaf və sınaq cədvəlini müəyyən edib.

TodayPress TV Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Pilotlu Kosmik Administrasiyası (CMSA) cümə axşamı günü bəyanatla çıxış edib. O açıqlayıb ki, qarşıdan gələn əsas proseslərə “Lanyue” eniş aparatının inteqrasiya olunmuş sınaqları, “Mengzhou” pilotlu kosmik gəmisi üçün istilik və maksimum dinamik təzyiq sınaqları, eləcə də “Long Marsh -10” buraxılış vasitəsinin aşağı hündürlükdə uçuşları daxildir.

CMSA sözçüsü Çjan Cinbo mətbuat konfransında gələn il üçün planlaşdırılan ictimai loqotip toplama kampaniyasının Çin kosmik stansiyasına proqramlarla yanaşı, “Mengzhou-1” missiyasını da əhatə edəcəyini açıqlayıb. “Mengzhou-1” Ay missiyaları və kosmik stansiyanın aşağı Yer orbitində fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

Çjan Cinbo qeyd edib ki, pilotlu Ay missiyası üçün bütün inkişaf və tikinti işləri cədvələ uyğun olaraq davam edir. Əsas uçuş avadanlıqlarının, o cümlədən “Long Marsh -10” buraxılış aparatının, “Mengzhou” kosmik gəmisinin, “Lanyue” eniş aparatının, “Vangyu” Ay skafandrının və “Tansuo” Ay roverinin prototipləri tamamlanıb.

Bundan əlavə, elmi tədqiqatlar və praktiki tətbiqlərlə bağlı faydalı yük dizaynı başa çatıb və buraxılış meydançası, izləmə şəbəkəsi, eniş yeri də daxil olmaqla yerüstü infrastruktur üzərində işlər sürətlə davam edir.

Administrasiyanın sözçüsü, həmçinin qeyd edib ki, bir çox yeni texnologiyalar hələ də sınaqdan keçirilməli və istifadə üçün təsdiqlənməlidir, xüsusən də yüksək keyfiyyət standartları və uçuş sınaqları üçün sıx müddətlər nəzərə alınmaqla, qarşıda duran işlərin həcmi çox böyükdür.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər