Atəşkəs ərəfəsində gərginlik davam edir: Ölənlərin sayı artdı - YENİLƏNİB

Atəşkəs ərəfəsində gərginlik davam edir: Ölənlərin sayı artdı - YENİLƏNİB
05.05.2026 22:51 Dünya

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 37 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Bu, idarə olunan aviabombalarla şəhərin mülki infrastrukturuna endirilən zərbələr idi. Bu, hər hansı bir hərbi mənası olmayan terror zərbəsidir. Rusiyanın şəhər və kəndlərimizə zərbələri bir gün də olsun kəsilmir. Təkcə bu zərbə artıq 12 can alıb", - o yazıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri həmçinin mayın 5-i axşam saatlarında Dneprə zərbə endirib, ilkin məlumatlara görə, dörd nəfər ölüb.

XXX

Ukraynanın Zaporojye vilayətinə Rusiyanın bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 2 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilər zərbələrin endirildiyi yerlərdə bütün yanğın ocaqlarını söndürüblər.

"Fövqəladə Hallar üzrə Dövlət Xidmətinın psixoloqları 38 nəfərə kömək ediblər, onların arasında altı uşaq və iki yetkin şəxs var", - qurumdan əlavə edilib.

Hadisə yerlərində bütün təcili xidmətlər fəaliyyət göstərir. Qəza-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra rayonlarına güclü zərbələr endirib, nəticədə bir neçə nəfər ölüb.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Bütün Xəbərlər