Almaniyada 400 kiloqramdan çox kokain müsadirə olundu

Almaniyada 400 kiloqramdan çox kokain müsadirə olundu
14.09.2025 20:35 Dünya

Almaniyanın Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə olunub.

TodayPress TV "NDR" telekanalına istinadən xəbər verir ki, narkotik vasitə "O'Swaldkai" konteyner terminalında aparılan yoxlamalar zamanı aşkarlanıb.

Qeyd edilib ki, şübhəli hərəkətlər edən iki nəfər liman işçilərinin diqqətini cəlb edib.

İki naməlum şəxs gəmilərdən birindən düşərək idman çantaları ilə dolu yük maşınına əşyalar yükləyiblər. Onların limanın rəsmi işçiləri olmadığı bəlli olduqdan sonra təhlükəsizlik xidmətinə məlumat verilib. Təhlükəsizlik qüvvələri avtomobili dərhal saxlayaraq ərazidə yoxlama aparıb.

Şübhəlilərdən biri dərhal saxlanılıb. İkinci şəxs isə ərazidə elan edilən təhlükə siqnalı və limanın mühasirəyə alınması nəticəsində qısa zamanda ələ keçirilib. Onun tutulmasına polis vertolyotu da cəlb olunub.

Yüklərin içərisində ümumilikdə 20-dən çox idman çantasında gizlədilmiş narkotik vasitələr aşkarlanıb. Hazırda istintaq orqanları narkotik maddələrin mənşəyi və hansı cinayətkar şəbəkə ilə əlaqəli olduğunu araşdırır.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUN 2026
"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Bütün Xəbərlər