Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir

Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir
29.01.2026 14:09 Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb. 

ABŞ lideri bu qərarı Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqların nəticə verməməsindən sonra nəzərdən keçirib.

Bildirilib ki, Ağ Ev etirazları yatırmaqda və etirazçıları öldürməkdə məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verə bilər. Amerika qüvvələri, həmçinin İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər. 

Məlumata görə, Tramp hələlik sonrakı tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə göndərildikdən sonra güc tətbiq etmək variantını da istisna etməyib.

Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. Bunlara uranın zənginləşdirilməsindən imtina, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırması tələbi olub. 

Mənbələrin məlumatına görə, Tehran bu tələbi rədd edir və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, yanvarın 28-də Tramp sosial media platforması “TruthSocial”da yazıb: 

"Ümid edək ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər “Nüvə silahlarına yox” razılaşmasına çatacaq".

Buna cavab olaraq İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni və iqtisadi böhran fonunda dekabr və yanvar aylarının əvvəllərində baş verən kütləvi etirazları göstərib. 

İran xarici işlər naziri Abbas Əraqçi də, həmçinin ölkənin istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazır olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər