ABŞ müdafiədə ağıllı nişangahlardan istifadə etdi

ABŞ müdafiədə ağıllı nişangahlardan istifadə etdi
11.06.2025 10:41 Dünya

ABŞ Ordusunun 2-ci Süvari Alayının əsgərləri təlim zamanı pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə "SMASH 2000L" ağıllı nişangahı ilə təchiz edilmiş "M4A1" avtomatik karabinindən istifadə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

İsrailin “Smart Shooter” şirkəti tərəfindən hazırlanan bu nişangah süni intellektə əsaslanan təsvir emalı sistemi ilə təchiz edilib. "SMASH 2000L" sistemi hədəfləri tanımağa, izləməyə və hərəkət edən obyektlərin dəqiq məhv edilməsi üçün avtomatik işarələməyə imkan verir. 

Sistem həm gündüz, həm də gecə şəraitində dəqiq atəş açmağa şərait yaradır. Atıcının yalnız hədəfi nişan alması kifayət edir.

Qeyd olunur ki, may ayında ABŞ Ordusu “Transformation In Contact” (TIC 2.0) proqramı çərçivəsində bu nişangahların tədarükü üçün “Smart Shooter” şirkəti ilə 13 milyon dollarlıq müqavilə imzalayıb.

Müasir texnologiyaya əsaslanan bu sistemlər ABŞ Ordusunun pilotsuz hava vasitələrinə qarşı müdafiə qabiliyyətini artırmağı hədəfləyir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi - Vəziyyət gərginləşir 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Bütün Xəbərlər