ABŞ "LUKOIL" ilə bağlı qərar verdi

ABŞ "LUKOIL" ilə bağlı qərar verdi
11.12.2025 04:11 Dünya

ABŞ Maliyyə Nazirliyi "LUKOIL"un xarici aktivlərinin satışı əməliyyatlarının aparılmasına imkan verən lisenziyanı 17 yanvar 2026-cı il tarixinədək uzadıb.

TodayPress TV bildirir ki, müvafiq bildiriş Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc edilib.

Sənəd "LUKOIL International GmbH" və onun aktivlərinin satışı, onlardan imtina edilməsi və ya ötürülməsi ilə bağlı danışıqlar zamanı əməliyyatlara icazə verir, eyni zamanda Rusiyada olan şəxslərə və ya Rusiya hesablarına vəsait köçürülməsini qadağan edir.

ABŞ oktyabrın 22-də "LUKOIL"a, "Rosneft"ə və onların bir sıra törəmə strukturlarına qarşı sanksiyalar tətbiq edərək, bütün əməliyyatları noyabrın 21-dək başa çatdırmağı tapşırmışdı.

Daha sonra OFAC "LUKOIL"un xarici aktivlərinin satışı ilə əlaqədar əməliyyatların 13 dekabr tarixinədək aparılmasına imkan verən lisenziya vermişdi.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər