ABŞ İrandakı nüvə obyektlərinə birbaşa hücuma hazırlaşır?

ABŞ İrandakı nüvə obyektlərinə birbaşa hücuma hazırlaşır?
21.06.2025 13:41 Dünya

ABŞ-nin Yaxın Şərqə hərbi müdaxiləyə hazırlaşdığı ilə bağlı iddialar gündəmdədir.

TodayPress TV xəbər verir ki, bu barədə "TBS News" məlumat yayıb.

İyunun 16-da azı 31 yanacaq doldurma təyyarəsi ABŞ-dəki bazalardan Avropaya doğru yola çıxaraq Yaxın Şərq əməliyyatları üçün əsas tranzit məntəqələrinə enib.

"Reuters" agentliyinin məlumatına görə, bu miqyaslı hava gücü artımı ABŞ-nin İranda mümkün uzunmüddətli əməliyyatlara hazırlaşdığını göstərir.

Eyni zamanda, ABŞ-yə məxsus "USS Nimitz" aviadaşıyıcı zərbə qrupu Cənubi Çin dənizindən çıxaraq planlaşdırılan Vyetnam səfərini ləğv edib və hazırda Yaxın Şərqə doğru hərəkət edir. Bu cür hərbi yerləşdirmə adətən genişmiqyaslı hava hücumu kampaniyasına hazırlıq əlamətidir.

İsrailin Baş naziri Benyamin Netanyahu artıq bir neçə gündür ABŞ Prezidenti Donald Trampa müraciət edərək İranla müharibəyə qoşulmasını istəyir. Trampın bu təzyiqlərə boyun əyib-əyməyəcəyi bəlli olmasa da, ABŞ-nin hərbi hazırlıqları müəyyən ehtimalları artırır.

İranın nüvə obyektləri və hücum ehtimalları

Peyk görüntüləri İranın əsas uran zənginləşdirmə mərkəzi olan Natanzdakı obyektlərdə ciddi dağıntılar olduğunu təsdiqləyir. Bu obyektlərdən biri silah səviyyəli uranı metal halına çevirən qurğularla təchiz edilmişdi. Yenidən qurulması təxminən bir il çəkə bilər.

Lakin İranın ən çox mühafizə olunan nüvə obyekti – Qum yaxınlığındakı Fordo yanacaq zənginləşdirmə zavodu dağ içində yerləşdiyi üçün İsrailin malik olduğu heç bir silah tərəfindən tam məhv edilə bilməz. Ekspertlərə görə, yalnız ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi 13 tonluq "GBU-57" tipli bunker-buster bombası bu obyektlərə nüfuz edə bilər. Bu silah yalnız "B-2" bombardmançıları ilə buraxıla bilər və bu təyyarələr yalnız ABŞ-də mövcuddur.

Fordo ilə yanaşı, Tehran Natanzın cənubunda daha dərinə və daha möhkəm şəkildə inşa edilmiş yeni bir obyekt – “Pickaxe” zavodunu da inşa edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu obyektə girişi olmadığı üçün məlumatlar əsasən sızmalara və açıq mənbələrə əsaslanır. Mütəxəssislərə görə, İran müharibə şəraitində nüvə silahı istehsalına başlamaq istəsə, bunu məhz bu obyektlərdə edəcək.

ABŞ və İsrailin hücum ehtimalı: Nə gözlənilir?

ABŞ-nin yanacaq təyyarələrinin İtaliya, İspaniya və Almaniyadakı bazalara enməsi bu təyyarələrin "B-2" bombardmançılarına havada dəstək verməsi üçün Yaxın Şərqə uzanan hava dəhlizinin qurulduğunu göstərir. Bu, birbaşa İranı hədəf alan hava hücumlarına hazırlaşma ehtimalını gücləndirir. Əgər bu dəhliz İraq və ya Suriya üzərindən qurularsa, İsrail təyyarələri də daha çox bomba daşıya bilər.

Hava hücumlarının miqyaslı şəkildə həyata keçirilməsi halında, mülki itkilər qaçılmaz olacaq. Artıq Tehran sakinləri arasında kütləvi köç başlayıb.

Digər tərəfdən, İranın cavab tədbirləri də nəzərdə tutulub. Rəsmi Tehran hipersəs raketləri istehsal etdiyini və bu raketlərin havada qeyri-ballistik trayektoriya ilə hərəkət etdiyindən “Dəmir Qübbə” kimi hava hücumundan müdafiə sistemlərini aşmaq imkanına malik olduğunu iddia edir.

Hərbi mütəxəssislər bildirir ki, İran bu raketlərlə ABŞ-yə məxsus Yaxın Şərqdəki hərbi bazaları, o cümlədən Kiprdəki Akrotiri və Andreas Papandreu bazaları, Qətərdəki Əl-Udeyd, İraqdakı Kəzimiyyə və Habbaniyyə bazaları, Küveytdəki Əli Əl-Salim və Camp Arifjan, BƏƏ-dəki Əl-Dəfra, İordaniyada Müvəffəq Səlti və Səudiyyə Ərəbistanındakı Sultan bin Əbdüləziz bazalarını vurmağı planlaşdıra bilər.

Bölgədə yerləşən ABŞ-nin 5-ci Donanması və Qırmızı dənizdəki aviadaşıyıcı qruplar da hədəf ola bilər.

Nəticə: Gərginlik artır, risk böyüyür

Tehran anlayır ki, genişmiqyaslı müharibə başlasa, hətta ən çox mühafizə olunan obyektlər belə təhlükədən kənarda qalmayacaq. Ona görə də, İran hələlik cavab zərbələrinin vaxtını və formasını dəqiq hesablayır.

Bütün bu gedişatlar onu göstərir ki, Yaxın Şərqdə sülh pəncərəsi daralır. ABŞ və İsrailin İrana birgə hücum ehtimalı heç vaxt bu qədər real olmamışdı. Bu isə regionda yeni, dağıdıcı və uzunmüddətli bir münaqişənin başlaya biləcəyi təhlükəsini artırır.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUN 2026
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 Bütün Xəbərlər