Umayra Tağıyeva: "Azərbaycana daxil olan suyun həcmi 30% azalıb"

Umayra Tağıyeva: "Azərbaycana daxil olan suyun həcmi 30% azalıb"
17.10.2025 10:38 Daxili siyasət

Son 10 ildə Azərbaycanda daşqın hadisələri 80 dəfədən çox artıb.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən "III Milli Şəhərsalma Forumu"nda panel müzakirəsi zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O, quraqlıq müddətlərinin 80% artdığını bildirib:

“Havanın temperaturunun 30 dərəcədən yuxarı olduğu günlərin sayı 6 dəfə artıb. Meşə yanğınları 5 dəfə artıb. Saniyədə 25 metr sürəti aşan güclü küləklər 12 dəfə çoxalıb. Yağış hadisələri 6 dəfə artıb. Bu o deməkdir ki, bizim çox güclü erkən xəbərdarlıq sisteminə ehtiyacımız var”.

U.Tağıyeva deyib ki, Azərbaycana daxil olan suyun həcmi 30% azalıb:

“Misal üçün, bu ilin aprelində Bakıda bir gündə yağan yağıntı orta hesabla 3 aylıq normanı keçdi və təəssüf ki, iki nəfərin ölümü ilə nəticələndi. Başqa bir nümunəyə görə, 18 yanvar 2019-cu ildə, saniyədə 40 metr sürətlə əsən külək Bakıda infrastrukturun zədələnməsinə səbəb oldu. Vaxtında verilmiş xəbərdarlıqdan sonra hökumət riskli günlərdə məktəblərdə dərslərin dayandırılması qərarını verdi. Bakıda bir məktəbin damı elə bir vaxtda uçmuşdu ki, həmin vaxt şagirdlər adətən bayıra çıxırdılar. Həmin vaxt mümkün insan tələfatının qarşısını almaq üçün dövlət qurumları arasında birgə səylər göstərildi”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər