Regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericilik təkmilləşdiriləcək

Regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericilik təkmilləşdiriləcək
17.10.2025 12:23 Daxili siyasət

Milli Məclis regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsini ilk oxunuşda təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"nın 2.1-ci bəndində milli akkreditasiya qurumunun ISO/IEC17011 beynəlxalq standartın tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi və qarşılıqlı tanınma sazişlərinin bağlanılması nəzərdə tutulub. Həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu - Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) tamhüquqlu üzv qəbul edilib.

Qeyd olunan regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti yaranıb. Müvafiq qanun layihəsinə əsasən, uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilir, bununla əlaqədar qanuna yeni anlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavə edilir, eləcə də uyğunlaşdırılma çərçivəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" və "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının qanunlarında düzəlişlər təklif olunur.

Vurğulanıb ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər