QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqləndi

QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqləndi
31.07.2025 13:30 Daxili siyasət

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, hazırki tələblərə əsasən qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Yeni dəyişikliyə görə qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

Qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər