Laçın rayonunda beynəlxalq konfrans keçirildi

Laçın rayonunda beynəlxalq konfrans keçirildi
22.08.2025 17:40 Daxili siyasət

Avqustun 22-də Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib

TodayPress TV xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və hərbi prokurorlar, eləcə də digər mötəbər qonaqlar iştirak ediblər.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək  bildirib ki, bu, müstəqillik tariximizin ən mühüm və əlamətdar hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini qeyd edən Baş prokuror dövlət suverenliyinin qorunması və bərpası sahəsində ölkə başçısının fəaliyyətini xüsusi vurğulayıb.

Qeyd edib ki, dövlət başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən konfransın keçirildiyi Laçın rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, eləcə də Böyük Qayıdış strategiyası uğurla icra olunur.

Baş prokuror həmçinin qeyd edib ki, Konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. Bununla yanaşı, müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edib.

Çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edildikdən sonra Laçın rayonunda aparılan geniş bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib, habelə qeyd edib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Tədbirdə həmçinin MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Ahmet Gökay Aktaş, Milli Məclisin deputatı Rövşən Muradov, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Laçın rayon prokuroru İlqar Səadətov çıxış edib.

Çıxışlardan sonra konfrans iştirakçıları tərəfindən mövzu ətrafında və qarşılıqlı əməkdaşlıq üzrə faydalı müzakirələr aparılıb.

Tədbirdə “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.

Tədbir çərçivəsində həmçinin, Qarabağ regionunda çalışan, xidməti vəzifələrinin icrasında fərqlənmiş prokurorluq əməkdaşlarına, o cümlədən hərbi prokurorluq əməkdaşlarına Baş prokuror Kamran Əliyev tərəfindən həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Sonda xatirə fotoşəkli çəkilib.

FOTOLAR

Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 1
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 2
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 3
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 4
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 5
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 6
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 7
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 8
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər