Filmlər üzrə qismən geri ödənilə biləcək məbləğ müəyyənləşdi

Filmlər üzrə qismən geri ödənilə biləcək məbləğ müəyyənləşdi
07.07.2025 16:59 Daxili siyasət

Bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarına əsasən, janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon ABŞ dolları təşkil edir.

Qeyd olunub ki, ödəniş ABŞ dollarının Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.

Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycanda əməkdaşlıq etdiyi, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycanda qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.

Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır.

Bundan başqa, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi üçün minimum məbləğ də açıqlanıb. Belə ki, aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:

– bədii filmlər üçün - 200 min ABŞ dolları;

– sənədli filmlər üçün - 50 min ABŞ dolları;

– animasiya filmləri üçün - 100 min ABŞ dolları;

– çoxseriyalı film üçün (bir seriyaya görə) - 70 min ABŞ dolları;

– televiziya şouları üçün - 100 min ABŞ dolları;

– reklam üçün - 30 min ABŞ dolları;

– internet video oyunları üçün - 30 min ABŞ dolları;

– yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70 min ABŞ dolları.

Qaydaya əsasən, filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycanda çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği göstərilən formada olmalıdır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər