Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edildi

Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edildi
16.07.2025 09:36 Daxili siyasət

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, dəyişikliklər bunlardır:

""Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında" 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 1 oktyabr tarixli 114/11 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. həmin qərarla təsdiq edilmiş “Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında” 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının təqdimetmə qaydalarını əks etdirən hissəsində “öz yuxarı təşkilatına, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, həmin publik hüquqi şəxs isə” sözləri ilə əvəz edilsin; 1.2. həmin qərarla təsdiq edilmiş “Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında” 5-(balıqartırma) №-li yarımillik, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in preambulasının birinci cümləsində “öz yuxarı təşkilatına” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə” sözləri ilə, ikinci cümləsində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Həmin publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin. 2. “Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair” 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 1 oktyabr tarixli 115/11 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. həmin qərarla təsdiq edilmiş “Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair” 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı formasının təqdimetmə qaydalarını əks etdirən hissəsində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin; 2.2. həmin qərarla təsdiq edilmiş “Təzə balığın ovlanmasına verilən kvota, istifadə etdikləri gəmilərin, qayıqların və işçilərin sayına dair” 3-balıq (kvota) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”in preambulasında “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin. 3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin. 4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün. 5. Aparatın Kənd təsərrüfatı statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin. 6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunub".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər