Azərbaycanla İordaniya arasında əməkdaşlıq sazişi təsdiqəndi

Azərbaycanla İordaniya arasında əməkdaşlıq sazişi təsdiqəndi
02.02.2026 14:10 Daxili siyasət

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə lordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiqi barədə qanun layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:

a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;

b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;

c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər