Aviasiya təhdidlərinə dair məlumat mübadiləsi proseduru müəyyənləşdi

Aviasiya təhdidlərinə dair məlumat mübadiləsi proseduru müəyyənləşdi
17.06.2025 13:46 Daxili siyasət

Xarici dövlətlərin hava limanlarına və ya konkret reyslərinə münasibətdə qanunsuz müdaxilə aktının başvermə təhdidi barədə konfidensial informasiya alındıqda həmin dövlətin səlahiyyətli orqanına və hava gəmisinin istismarçısına məlumat veriləcək.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramında edilən dəyişikliklərdə əksini tapıb.

Fərmana əsasən, Aviasiya Agentliyi Dövlət Proqramının, aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət və aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə milli proqramların işlənib hazırlanmasında xarici dövlətlərlə əməkdaşlıq edir, bu sahələr üzrə məlumat mübadiləsini təmin edir və xarici dövlətlərin müraciəti əsasında qeyd edilən proqramların müvafiq hissələrini həmin dövlətlərə təqdim edir. Aviasiya Agentliyində yuxarıda qeyd edilən sahələr üzrə məlumat mübadiləsinin təmini məqsədilə məsləhətləşmələr aparılır, aviasiya təhlükəsizliyi üzrə məsul şəxslərin adları, ünvanları, telefon, teleks və faks nömrələri, avtomatik fiksasiyalı teleqraf rabitəsinin (AFTN) ünvanı göstərilməklə, tərəflər arasında əlaqə yaratma qaydası və məlumatların çatdırılması üsulları müəyyən edilir. Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmini sahəsində keçirilmiş yoxlamaların nəticələri barədə konfidensial məlumatların rəsmi müraciətlər əsasında digər dövlətlərə təqdim edilib-edilməməsi barədə qərarın qəbulu məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) ilə və Nazirliklə məsləhətləşmələr aparır və yalnız qeyd edilən qurumların razılığından sonra məlumat mübadiləsini təmin edir. Qeyd edilən konfidensial informasiyanın diplomatik kanallarla xarici dövlətlərə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edilir. Aviasiya Agentliyi xarici dövlətlərin konkret reyslərinin və ya hava gəmisinin istismarçılarının təhlükəsizliyinin təmini məqsədilə konfidensial informasiya təşkil edən əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə müraciətlərini qəbul edir, DTX-nin və Nazirliyin rəyi və hava limanlarının faktiki imkanları nəzərə alınmaqla qərar qəbul edir və həmin müraciətlərin təmin olunması üçün “Azərbaycan Hava Yolları” QSC-yə və hava limanlarının rəhbərlərinə göstəriş verir. Xarici dövlətlərin hava limanlarına və ya konkret reyslərinə münasibətdə qanunsuz müdaxilə aktının başvermə təhdidi barədə konfidensial informasiya alındıqda, Aviasiya Agentliyi tərəfindən DTX ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə ən qısa zamanda həmin dövlətin səlahiyyətli orqanına və hava gəmisinin istismarçısına məlumat verilir. Həmin dövlətə məlumatın bilavasitə ötürülməsi mümkün olmadıqda, məlumat üçüncü dövlətə və ya ICAO-ya müraciət etməklə çatdırılır.

Aviasiya Agentliyi milli daşıyıcıların konkret reyslərinin təhlükəsizliyinin təmini məqsədilə əlavə təhlükəsizlik tədbirləri görülməsi barədə xarici dövlətlərə müraciət etməzdən əvvəl DTX və Nazirliklə müvafiq məsləhətləşmələr aparır və həmin dövlət tərəfindən müraciətdə qeyd olunan əlavə təhlükəsizlik tədbirlərinin alternativ variantlarının tətbiqi imkanlarını nəzərdən keçirir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər