2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edildi

2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edildi
17.10.2025 18:48 Daxili siyasət

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına göndərilib və palatanın rəyi alındıqdan sonra Milli Məclisdə müzakirələri keçiriləcəkdir.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır. Növbəti il üçün dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artır. Bu büdcənin neft amilindən asılılığının daha da azalmasına gətirib çıxaracaq. Belə ki, gəlirlərin 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacaq.

Növbəti il üçün büdcənin xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində müəyyən olunub. Növbəti il üçün dövlət büdcəsinin xərcləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetləri, o cümlədən müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya layihələrinin həyata keçirilməsi, habelə dövlətin funksiya və vəzifələrinə aid olan zəruri xərclərlə bağlı müvafiq maliyyə təminatını formalaşdırır.

Büdcə layihəsində qeyri-neft gəlirlərinin cari xərcləri ödəmə qabiliyyəti 88.1 faiz səviyyəsindədir. Bu cari illə müqayisədə 7.1 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin kəsiri isə 3 milyard 94,6 milyon manat proqnozlaşdırılır ki, bu ÜDM-in cəmi 2,3 faizi həcmindədir.

2026-cı ildə Dövlət Neft Fondundan transfertlərin həcmi cari ilə nəzərən 1 milyard 646 milyon manat az proqnozlaşdırılmışdır. Bu büdcənin neft gəlirlərindən aslılığının azaldılması və valyuta ehtiyatların qorunması istiqamətində görülən tədbirlərin bariz göstəricisidir.

Növbəti il üçün icmal büdcənin gəlirləri 1 milyard 18,8 milyon manat artaraq 44 milyard 969,4 milyon manat, xərcləri isə 1 milyard 209,9 milyon manat artaraq 48 milyard 839,3 milyon manat, kəsiri isə 3 milyard 870 milyon manat məbləğində müəyyən olunub.

2026-cı ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faiz proqnozlaşdırılır. Bu, son illər ərzində qeyri-neft sektorunun büdcə gəlirlərindəki rolunun davamlı şəkildə artdığını göstərir. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 43.9 faiz, 2024-cü ildə 52,4 faiz, 2025-ci ildə isə 58.4 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ilin dövlət büdcəsi qeyri-neft gəlirlərinin sabit artımı və neftdən asılılığın azalması ilə fiskal dayanıqlılığı təmin etməyi, xərclərin isə sosial-iqtisadi prioritetlərə uyğun həyata keçirilməyi və dövlətin funksiyalarına aid zəruri xərclər üçün maliyyə təminatı yaratmağı hədəfləyir.

XƏBƏR LENTİ
16 IYUN 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Bütün Xəbərlər