Zakir İbrahimov IV “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Zakir İbrahimov IV “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
21.07.2025 14:13 Cəmiyyət

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti fərdi görüşlərini keçirib.

TodayPress TV xəbər verir ki,görüşlər zamanı beynəlxalq tədbirlərdə protokol qaydalarının tətbiqi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tərəfdaşlarla effektiv kommunikasiyanın qurulması mövzuları müzakirə olunub.

Z.İbrahimov müsabiqə qalibləri ilə şəxsi təcrübəsini bölüşərək, onlara həmin istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirmək üçün tövsiyyələr verib. O, “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərə öz potensialını reallaşdırmaq, peşəkar bacarıqlarını artırmaq, liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar yaratdığını vurğulayaraq, proqram iştirakçılarını onlara təqdim olunmuş bu imkanlardan maksimum yararlanmağa dəvət edib.

Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər