Yeni qida normaları kimlərə şamil ediləcək? - AÇIQLANDI

Yeni qida normaları kimlərə şamil ediləcək? - AÇIQLANDI
11.07.2025 13:07 Cəmiyyət

Tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə olan şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O əlavə edib ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün qida normalarının təsdiqi nəzərdə tutulmurdu. Bu isə institutsional baxımdan onların bu imkandan tam faydalanmasına mane olurdu.

"Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı. Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə olan şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək."

Deputat vurğulayıb ki, sonuncu dəfə 11 il əvvəl təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyən edilərək təsdiqlənəcək. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Belə ki, minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi, son təsdiqdən keçən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək.

"İstehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi, hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə səbəb olacaq. Çünki bu meyar nə qədər çox artırılsa, dövlət büdcəsindən sosial yardıma bir o qədər çox vəsait ayrılır. Bu isə xüsusilə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir" , – deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər